CƏMİYYƏT


Vaşinqtonda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişaf perspektivləri müzakirə edilib

Noyabrın 16-da Vaşinqtondakı “Yaxın Şərq İnstitutu” analitik mərkəzində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafı məsələlərinə həsr edilmiş seminar keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Mərkəzi Asiya və Qafqaz Tədqiqatları İnstitutu tərəfindən təşkil edilib. Professor Fredirik Starrın sədrlik etdiyi seminarda Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə departamentinin direktor müavini Yuxa Kaxkonen və BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd El-Qorçi çıxış ediblər.