DÜNYA


Qırğızıstanlı jurnalist mətbuat konfransı zamanı Atambayevdən saat istəyib

Qırğızıstanın “De-Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov respublika Prezidenti Almazbek Atambayevın altı illik hakimiyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı ondan saat istəyib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sual vermək üçün mikrofona yaxınlaşan Musaqulov yuxuda guya prezidentin ona saat hədiyyə etdiyini gördüyünü deyib. Sonra dövlət başçısından xahiş edib ki, “xatirə” üçün ona saat bağışlasın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır