Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir

20.11.2017 [18:58]

Xəbərin mətni
Bu fikir Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQPUDK) sədri Hicran Hüseynovanın UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşündə səsləndirilib. Görüşdə Əli Əhmədov Azərbaycanda həyata keçirilən dövlət uşaq siyasəti barədə məlumat verib.