CƏMİYYƏT


Silah satmaq istəyən şəxs saxlanılıb

Polisin keçirdiyi əməliyyat zamanı 2000 manata silah satmaq istəyən şəxs saxlanılıb. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib. Bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Naqan” tipli tapançanı 2000 manata satan zaman polislər tərəfindən saxlanılıb.