Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” mövzusunda biznes-forum keçirilib

23.11.2017 [10:48]

Xəbərin mətni
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı, Alman-Azərbaycan Forumu, Alman İqtisadiyyatının Şərq Komitəsi və “Deutsche Bank”ın dəstəyi ilə noyabrın 22-də Berlində Azərbaycanın nəqliyyat, tranzit və logistika potensialına həsr olunmuş “Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” mövzusunda biznes-forum keçirilib.