SİYASƏT


Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib

Noyabrın 24-də Konstitusiya Məhkəməsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsinə səfər edib. AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Füzuli və Cəbrayıl rayonlarının rəhbərliyi ilə birgə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Sonra “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.