Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kainat gözəli” Cənubi Afrikadan seçilib

27.11.2017 [13:22]

Xəbərin mətni
Cənubi Afrika Respublikasından olan Demi-Li Nel-Piters Las-Veqasda keçirilən “Kainat gözəli” müsabiqəsində qalib gəlib. Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsinə bütün dünyadan 92 iştirakçı qatılıb. Qalibə bir illik maliyyə təminatı, Nyu-Yorkda mənzil və digər mükafatlar verilir. Nil-Piters bu titulu əldə edən ikinci cənubi afrikalıdır.