MƏDƏNİYYƏT


Rusiyanın NTV kanalının «Поедем, поедим!» verilişi Bakıda olub

Kulinariya ilə maraqlanan ingilis Con Uorrenin şou-proqramında həm əyləncəli, həm də dünya mətbəxindən bəhs edilir. C.Uorren Bakıda vulkandan çıxan müalicəvi palçığı yüksək qiymətləndirib. Eləcə də o, Bakı pomidoru və şabalıd qutabının da dadına baxıb. Həmçinin səyyah şəhərin görməli yerlərini gəzərək, at sürüb, Qobustana da gedib, qumdan rəsm çəkməyi öyrənib, Azərbaycan milli çalğı alətlərini ilə tanış olub.