Azərbaycan Dövlət İnformasiya Agentliyi

İçərişəhərdə dünya şöhrətli rəssam Tahir Salahovun doğum günü qeyd olunub

29.11.2017 [18:54]

Xəbərin mətni
Noyabrın 29-u müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvi Tahir Salahovun doğum günüdür. Bu münasibətlə noyabrın 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində İncəsənət Gimnaziyasının şagirdlərinin əsərlərindən ibarət sərgi açılıb və şagirdlərin konsert proqramı təşkil olunub.