MƏDƏNİYYƏT


Vyanada görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib

Noyabrın 29-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib, onun müasir Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olduğunu, XX əsrdə Azərbaycanda musiqi sənətinin inkişafında, eləcə də ictimai həyatında oynadığı roldan, Azərbaycan muğamlarının nota köçürülməsində xidmətlərindən bəhs edib.