Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Pakistanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

30.11.2017 [14:33]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı dəstəyin önəmini qeyd etdi və bu əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğuladı.

BÖLMƏNİN DİGƏR VİDEOLARI