Maştağada evdən 5 min manata yaxın pul oğurlayan şəxslər saxlanılıb
30.11.2017 [17:17]
Xəbərin mətni
Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis bölməsinə (PB) məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladıqlarını qeyd edib.