CƏMİYYƏT


Quba-Xaçmaz yolunda əsaslı təmir işləri ilin sonunadək yekunlaşdırılacaq

Quba və Xaçmaz rayonlarını birləşdirən avtomobil yolunda əsaslı təmir işləri bu ilin sonunadək yekunlaşdırılacaq. AZƏRTAC xəbər verir ki, əvvəlkindən həm keyfiyyətinə, həm də ölçülərinə görə seçilən yeni yolda hazırda asfaltlanma işləri sürətlə davam edir. Yeni yolun hərəkət hissəsinin eni 7,5, yol çiyinləri ilə birlikdə isə 12 metrdir.