Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub

30.11.2017 [20:11]

Xəbərin mətni
Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində apardığı işlər barədə danışıb. Günay Əfəndiyeva Fondun üzv dövlətlərindən biri olan Türkiyənin türk dünyasının ayrılmaz parçası olduğunu söyləyib.