Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanda universitetə silahlı hücum nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

01.12.2017 [16:23]

Pakistanın Xeybər-Pahtunhva vilayətinin Pişəvar şəhərində Kənd Təsərrüfatı Universitetinin kampusuna silahlıların hücumu nəticəsində həlak olanların sayı azı 11 nəfərə çatıb. AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, hücum zamanı, həmçinin 40-a yaxın insan yaralanıb, onların çoxunun vəziyyəti ağırdır.