Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
01.12.2017 [17:18]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının təşkili ilə bağlı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.