MƏDƏNİYYƏT


Unudulmaqda olan el sənətini yaşadan şuşalı sərrac

Azərbaycanın dilbər guşələrindən olan Qarabağ tarixən daşişləmə, dulusçuluq, xalçaçılıq, boyaqçılıq, zərgərlik, misgərlik, qalayçılıq, nalbəndlik, sərraclıq kimi sənət növlərinin inkişaf etdiyi ərazilərimizdəndir. Xalqımızın tarix boyu yaratdığı bir çox sənət növləri kimi sərraclıq da nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb.