MƏDƏNİYYƏT


Astanada Yeni il qabağı xeyriyyə sərgisi və yarmarkası keçirilib

Qazaxıstanda Akkreditə Olunmuş Diplomatik Korpus Rəhbərlərinin Xanımları Klubunun təşəbbüsü və səfirliklərin təşkilatçılığı ilə hər il keçirilən aksiyada 54 ölkənin səfirliyi iştirak edir. Azərbaycanın Qazaxıstandakı səfirliyi bu il keçirilən aksiyada ilk dəfə olaraq ölkəmizi təmsil edib. Xeyriyyə yarmarkasında xüsusilə Azərbaycandan gətirilən məhsullar, Astanada hazırlanmış milli mətbəximizin ləziz xörəkləri və şirniyyatları, mətbəximizə aid müxtəlif təamlar böyük marağa səbəb olub. Eləcə də Azərbaycan şərabları, nar şirəsi və digər məhsullarımız ən çox satılanlar sırasında olub.