MƏDƏNİYYƏT


Almaniyanın ölkəmizdəki səfiri Göygöldə olub

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab almanların Azərbaycana köçürülməsinin 200 illiyi ilə bağlı Göygöldə görülmüş işlərlə tanış olmaq üçün rayona gəliblər. Səfər çərçivəsində keçirilmiş tədbirlərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Milli Məclisin deputatı Rövşən Rzayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.