CƏMİYYƏT


Bakıda İƏT-ə üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin toplantısı keçirilib

Dekabrın 5-də Bakıda “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı keçirilib. İlk toplantı isə 2012-ci ildə Tehran şəhərində təşkil olunub. AZƏRTAC xəbər verir ki, iclasda tənzimləmə, radiotezliklər, telekommunikasiya, peyk xidmətləri, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində çoxtərəfli müstəvidə əməkdaşlıq perspektivləri müzakirə olunub.