MƏDƏNİYYƏT


Azərbaycanlı tenor Yusif Eyvazov “La Skala” teatrının səhnəsində çıxış edəcək

Dekabrın 7-də “La Skala” teatrı yeni mövsümü Umberto Cordanonun “Andre Şenye” operasının tamaşası ilə açacaq. AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, azərbaycanlı tenor Yusif Eyvazov Şenyenin partiyasını oxuyacaq, onun xanımı soprano Anna Netrebko isə baş qəhrəmanın sevgilisi Madlen de Kuanyinin obrazını yaradacaq. “La Skala” səhnəsindəki tamaşanın quruluşçu-rejissoru Mario Martonedir. Əsərin librettosunda Fransa İnqilabını ürəkdən dəstəkləyən və sonradan bu inqilabın qurbanlarından birinə çevrilən aristokrat şairin taleyindən bəhs edilir.