MƏDƏNİYYƏT


“Bakutel-2017”–yə “Rossiya 24”dən baxış

“Bakutel-2017” dünya KİV-nin də diqqətindədir. Rusiyanın “Rossiya 24” kanalı Bakıda keçirilən beynəlxalq sərgi haqqında reportaj yayımlayıb. Videosüjetdə qeyd olunur ki, Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir olan XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı dekabrın 8-dək davam edəcək. “Yüksək Texnologiyalar Həftəsi” haqqında da məlumat verən müəllif builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkətin iştirak etdiyini deyib.