DÜNYA


Vladimir Putin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək

Vladimir Putin 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində yeni müddətə namizədliyini irəli sürəcək. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın dövlət başçısı bunu Qorki Avtomobil Zavodunun veteranları və kollektivi ilə görüşündə bəyan edib.