CƏMİYYƏT


Bakıda Azərbaycan-Qazaxıstan ticarət- iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Bakıda Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilir. AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərlə yanaşı, geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamların yaxınlaşdırdığını qeyd edib. Bildirib ki, hər iki ölkə enerji daşıyıcılarının hasilatı və dünya bazarlarına çıxarılması kimi məsələlərdə oxşar mövqedən çıxış edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır