MƏDƏNİYYƏT


“Rossiya-24” telekanalı Azərbaycanla bağlı növbəti reportaj yayımlayıb

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın Qəbələ şəhərində yerləşən dağ-xizək kurortları barədə süjet yayımlanıb. Telekanalın müxbiri Yekaterina Kaduşkinanın təqdimatında ölkəmizin turizm potensialı haqqında danışılır. Təndirdə bişirilən milli yeməklərimiz və çörəklərin dadına baxan müxbir bütün bunların onda xoş təəssürat yaratdığını vurğulayır.