DÜNYA


Vyanada ATƏT-in Nazirlər Şurasının illik iclası başa çatıb

Dekabrın 8-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının 24-cü iclası işini davam etdirib. AZƏRTAC xəbər verir ki, iki gün davam edən sessiyalarda müasir dövrdə strateji sabitlik və tərəfdaşlığı gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. ATƏT məkanında aktual və gələcək təhlükəsizlik çağırışları ilə bağlı strukturlaşdırılmış dialoq çərçivəsində aparılan müzakirələrdə, həmçinin radikallaşmadan tutumuş kibercinayətkarlığa qarşı mübarizəyədək bir çox məsələlərə toxunulub.