Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Sofiya-Bakı reysi ölkələrin tranzit potensialının genişlənməsinə töhfə verəcək

09.12.2017 [11:55]

Bakı-Sofiya-Bakı birbaşa reysin təbliğatı məqsədilə səfirlik tərəfindən aparılan fəaliyyət çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstanın aparıcı “Bloomberg TV Bulgaria” telekanalının “İnkişafda” adlanan verilişinə müsahibə verib. Müsahibə zamanı səfir həmçinin bildirib ki, Bakı-Sofiya-Bakı aviareysinin açılması yalnız iki ölkənin avia qurumları arasında əməkdaşlığın yaradılması deyil, həm də insanların bir araya gətirilməsi, ideya mübadiləsi, müxtəlif layihələrin birgə həyata keçirilməsi, iki ölkənin yaxınlaşması deməkdir. 2016-cı ildə 16 min Azərbaycan turistinin Bolqarıstana və 1300-ə yaxın bolqar turistin Azərbaycana səfər etdiyi bildirilib, açılacaq reysin həm iki ölkədə turizmin inkişafı, həm də ölkələrin tranzit potensialının genişlənməsinə töhfə verəcəyi qeyd olunub.