"Vo ves qolos": Azərbaycan təmsilçisi növbəti ifasını edib
09.12.2017 [15:22]
"Mir" telekanalında yayımlanan "Vo ves qolos" musiqi yarışmasında Azərbaycan komandasının üzvü Rüstəm Kərimov "Vot i leto proşlo" mahnısını ifa edib. Yarışma MDB və Gürcüstan ölkələrindən olan gənc müğənnilər arasında keçirilir. Komandanın rəhbəri musiqiçi Emil Kadırovdur. Xatırladaq ki, AZƏRTAC layihənin media tərəfdaşıdır.