MƏDƏNİYYƏT


“Baharın on yeddi anı”nın Mülleri – SSRİ xalq artisti Leonid Bronevoy vəfat etdi

Rusiyanın teatr və kino aktyoru Leonid Sergeyeviç Bronevoy ağır xəstəlikdən sonra Moskvada 88 yaşında vəfat edib. Görkəmli aktyorun ölümü barədə məlumatı “Lenkom” Moskva teatrının direktoru Mark Varşaver verib. Kinoya bir qədər gec - 36 yaşında gələn Leonid Bronevoy 40 filmdə çəkilib. Ona əsl şöhrəti kinodakı üç rolu: “Baharın on yeddi anı”nda Müller, “Məhəbbət formulu”unda həkim, “Pokrov qapıları”nda Velyurov obrazları qazandırıb.