DÜNYA


Ağ ayının aclıqdan ölməsi kadrları interneti şoka saldı

Fotoqraf Pol Niklen Kanadada çəkdiyi bu video internet istifadəçilərini şoka salıb. O, yazır ki, acından halsızlaşmış ayının son ümidi zibil qabı idi, orada da heç nə tapa bilməyən heyvan son gücünü də itirərək yerə yıxıldı. Fotoqraf ayıya heç nə ilə kömək edə bilmədiklərini qeyd edib. Heyvanın belə vəziyyətə düşməsinin səbəbi kimi isə o, buzlaqların sürətlə əriməsini göstərib. Ayılar bu səbəbdən suitilər və digər canlıları ovlaya bilmirlər.
Video: Pol Niklen