Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının IX konfransı keçirilib

09.12.2017 [18:13]

Xəbərin mətni
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı fəaliyyəti dövründə mütərəqqi iş təcrübəsi toplayaraq, YAP-ın sınanmış qabaqcıl təşkilatlarından birinə çevrilib, siyasi-ideoloji cəhətdən daha da mətnləşərək, yeni iş təcrübəsi ilə zənginləşib. Bu fikirlər dekabrın 9-da Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının IX konfransında səsləndirilib. Konfransda Baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları Eldar İbrahimov, Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, ziyalılar və YAP fəalları iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI