MƏDƏNİYYƏT


Röya “Altın Kelebek” aldı

Dekabrın 10-da Türkiyədə “Altın Kelebek” mükafatlarının təqdimat mərasimi keçirilib. Mərasimdə "Ən parlaq ulduz" nominasiyası uğrunda mübarizəyə ölkəmizdən müğənnilər Nigar Camal və Röya Ayxan qatılıb. “Azərbaycanın parlaq ulduzu” nominasiyasında Əməkdar artist Röya Ayxan qalib gəlib. Mərasimdə mükafatı ona aktrisa Sinem Kobal təqdim edib.