Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın aprel döyüşləri ilə bağlı videoreportajı TRT Beynəlxalq Media Təhsil Proqramı çərçivəsində təqdim edilib

11.12.2017 [16:55]

Xəbərin mətni
Türkiyənin TRT telekanalı tərəfindən keçirilən V Təhsil Proqramında iştirakçıların hazırladığı videoreportajlara, sənədli filmlərə və müəllif proqramlarına baxışlar keçirilib. AZƏRTAC-ın təqdim etdiyi videoreportajda Azərbaycanın Tərtər rayonunun Qapanlı, Düyərli və başqa kəndlərindən ermənilərin dinc əhalini atəşə tutmasını göstərən kadrlar əks olunub. Süjet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusən də aprel döyüşləri zamanı ermənilərin mülki insanları hədəf seçmələrinin sübutu kimi diqqət çəkib.