Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nyu-Yorkda partlayış baş verib

11.12.2017 [17:38]

Nyu-Yorkda, Manhetten deyilən ərazidə partlayış olması haqqında məlumat yayılıb. Şəhər polisi mənbəyi bilinməyən partlayışla bağlı araşdırma aparıldığını deyib. Partlayışın avtovağzalda baş verdiyi qeyd olunur. Bu səbəbdən təxliyyə tədbirləri görülüb. İlkin məlumatlara görə, bir neçə nəfər yaralanıb.