Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb

11.12.2017 [18:47]

Xəbərin mətni
Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb. Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Binada quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30 faizədək qənaət olunacaq, müştərilərə yüksəksəviyyəli xidmət göstəriləcək. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qovşaqda yaradılan şəraitlə tanış olub.