DÜNYA


Avstriyada qaz terminalında partlayışın texniki səbəbdən baş verdiyi ehtimal olunur

Avstriyanın “Baumqarten” qaz terminalında partlayışın texniki səbəblərdən baş verdiyi ehtimal olunur. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat həmin terminalı istismar edən “Gas Connect” şirkəti yayıb. Şirkətdən, həmçinin bildirilib ki, bütün terminalın fəaliyyəti nəzarətli şəkildə dayandırılıb və qaz nəqli digər kəmərlərə yönəldilib. Ölkədaxili qaz təchizatında fasilələr yaranmasa da, cənub istiqamətində qaz təchizatı qismən dayandırılıb.