Torontoda 400-dən çox aviareys ləğv olunub
13.12.2017 [11:25]
Kanadanın Toronto şəhər aeroportunda güclü qar səbəbindən 400-dən yuxarı aviareys ləğv olunub.
Bu barədə Toronto Hava Limanları İdarəsinə istinadən CBC telekanalı məlumat yayıb.
Telekanal xəbər verir ki, Bakı vaxtı ilə 5:54-ə olan vəziyyətə görə, Lester.B Pirson adına Toronto Beynəlxalq Aeroportunda 208 uçan reys, daha 194 gələn reys ləğv edilib.