Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını 25 faiz artıb
13.12.2017 [12:05]
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aeroport 2017-ci ilin yanvar-noyabr ayları ərzində 3,75 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 25 faizdən çox artıb.