CƏMİYYƏT


Xaçmazlı təsərrüfatçılar arasında sarımsaq becərilməsinə maraq artıb

Ötən il rayon ərazisində məhsuldarlıq və qiymətlər yüksək olduğundan təsərrüfat sahibləri bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il rayonun Çarxı kəndində 15 hektardan çox sahədə sarımsaq əkilib. Səpini ilk dəfə texnika vasitəsilə aparan fermerlər toxumluq sarımsağı Özbəkistandan gətiriblər. Yüksək məhsuldarlığı ilə seçilən sarımsaq növünün artırılması nəzərdə tutulub.