DÜNYA


“Tomas” yanğını Kaliforniyada 900 binanı külə döndərib

ABŞ-ın Kaliforniya ştatında demək olar ki, min kvadrat kilometr ərazini əhatə edən və “Tomas” adı verilən meşə yanğınları nəticəsində azı 900 bina məhv olub. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, onlardan təxminən 700-ü yaşayış binasıdır. Artıq 10 gündür ki, ştatda tüğyan edən yanğınlar ümumilikdə 18 min tikiliyə təhlükə törədir. Təbii fəlakətlə mübarizəyə 8 minə yaxın yanğınsöndürən və xilasedici cəlb olunub.