MƏDƏNİYYƏT
Moskvada Fərhad Bədəlbəylinin yubiley gecəsi keçirilib
14.12.2017 [12:50]
Xəbərin mətni
Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski adına konsert salonunda görkəmli Azərbaycan pianoçusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə təntənəli gecə təşkil olunub.