Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

15.12.2017 [16:08]

Xəbərin mətni
Fransanın cənubunda məktəb avtobusunun qatarla toqquşması nəticəsində həlak olanların sayı artıb. AZƏRTAC xəbər verir ki, BFMTV telekanalının yaydığı məlumata görə, qəza zamanı yaralanan daha iki nəfər – 11 yaşlı qızlar xəstəxanada ölüb. Bununla da, həlak olanların sayı 6-ya çatıb.