CƏMİYYƏT


Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

Dekabrın 15-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 76-cı iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. AZƏRTAC xəbər verir ki, iclasda MDB ölkələrinin 2020-ci ilədək Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramı çərçivəsində dövlətlərarası innovasiya layihələri və tədbirlərinin hazırlanması və maliyyələşdirilməsi qaydaları layihəsini təsdiq ediblər.