Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC və Kazinformun beynəlxalq platformalarda daha sıx əməkdaşlığı üçün real imkanlar var

16.12.2017 [14:59]

Xəbərin mətni
Azərbaycan və Qazaxıstanın iki aparıcı xəbər agentliyi arasında əlaqələrin perspektivləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun Kazinformun baş redaktoru Bibinor Tanelbayeva ilə görüşündə müzakirə edilib. AZƏRTAC-da keçirilən görüşdə beynəlxalq informasiya təşkilatlarında birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.