MƏDƏNİYYƏT


Yeni il bayramı ilə əlaqədar Qusardakı istirahət mərkəzlərində yerlərin 90 faizi əvvəldən sifariş olunub

Yeni il bayramı ilə əlaqədar istirahət mərkəzləri tərəfindən qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. İki və ya üç günü əhatə edən bu paketlərin qiymətləri yerindən asılı olaraq bir nəfər üçün 150 manatdan 2 min manata kimi dəyişir. Bu qiymətə oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzləri tərəfindən təşkil edilən şou proqramlarlarda iştirak etmək imkanı daxildir.