DÜNYA


Filippində fırtına qurbanlarının sayı 30 nəfəri ötüb

Filippində fırtınanın doğurduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 49 nəfər itkin düşmüş sayılır. Ölü sayının artacağı istisna olunmur. AZƏRTAC xəbər verir ki, “Philippine Star” nəşrinin yaydığı məlumata görə, fırtınanın təsirinə 270 mindən çox insan məruz qalıb. Ölkədə 44 min nəfər üçün nəzərdə tutulan 608 təxliyə məntəqəsi açılıb.