Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİZ DƏ HAMI KİMİYİK
Ən böyük amalı cəmiyyətdə fiziki məhdud insanlara baxışın dəyişməsidir

18.12.2017 [19:42]

Səbuhi Talıbovun fiziki məhdudiyyəti ona maneə deyil. O, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində muncuqlardan əl işləri, gül dekorları hazırlamağı öyrənib. Əl işlərini sosial şəbəkələrdə satışa çıxarır. Ən böyük amalı cəmiyyətdə fiziki məhdud insanlara baxışın dəyişməsidir.