Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad nazirinin birinci müavinini qəbul edib
21.12.2017 [17:52]
Xəbərin mətni
Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əl-Sudeyrini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tofiq Əl-Sudeyri “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.