Prezident İlham Əliyev Misir diyarının müftisi ilə görüşüb
21.12.2017 [18:20]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Misir diyarının müftisi Şövqi İbrahim Allam ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Misir arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Misirin konfransda yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi.