Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib

21.12.2017 [18:34]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm Kamilovu qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğuna görə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı “İslam Həmrəyliyi İli” çərçivəsində qardaş ölkədə də konfransın keçirilməsinin əhəmiyyətini vurğuladı.

BÖLMƏNİN DİGƏR VİDEOLARI